Yuxarı

Azərbaycan klubunun prezidenti baba olub

Georgi Nikolovun ilk nəvəsi Bolqarıstanda dünyaya gəlib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakının "İnter" İdman Klubunun prezidenti Georgi Nikolov ilk dəfə baba olub. "Report"un məlumatına görə, bolqarıstanlı funksionerin qız nəvəsi vətənində dünyaya gəlib. 

Bu səbəbdən klub prezidenti "İnter"in Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını tərk edərək Bolqarıstana yollanıb.  

Qeyd edək ki, Georgi Nikolov 9 ilə yaxındır Azərbaycanda fəaliyyət göstərir. Onun 2 oğlu var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi