Yuxarı
    Bağlamaq

    ​Avstriyada saqqallı və bığlıların yarışı keçirilib - FOTO

    Bu müsabiqə 25 ildir keçirilir

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Avstriyanın Leoqanq əyalətində ən yaxşı saqqal və bığ sahiblərinin yarışı keçirilib.

    "Report" xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.

    Məlumata görə, bu gözəllik yarışında dünyanın 20 ölkəsindən 300 nəfər iştirak edib. Jüri 18 nominasiya üzrə qaliblərin adlarını açıqlayıb.

    18 medaldan 6-sını almaqla ən çox qızıl mükafatı ABŞ vətəndaşları qazanıb. Almaniyanın saqqallı və bığlıları 5 medalla ikinci, avstraliyalılar isə 4 medalla üçüncü olublar.

    Qeyd edək ki, bu yarış 25 ildir keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi