Avstraliyanın 104 yaşlı alimi intihar etmək üçün İsveçrəyə gedib

Avstraliyanın 104 yaşlı alimi intihar etmək üçün İsveçrəyə gedib Bakı. 8 may. REPORT.AZ/ Avstraliyanın 104 yaşlı alimi Devid Qudoll intihar yolu ilə dünyadan köçmək üçün İsveçrəyə gedib.
Maraqlı
8 May , 2018 06:56
Avstraliyanın 104 yaşlı alimi intihar etmək üçün İsveçrəyə gedib

Bakı. 8 may. REPORT.AZ/ Avstraliyanın 104 yaşlı alimi Devid Qudoll intihar yolu ilə dünyadan köçmək üçün İsveçrəyə gedib.

"Report" "AP"-ə istinadən xəbər verir ki, o, jurnalistlərə bu addımı ilə Avstraliyanın qanunverici orqanına öz mesajını çatdırmaq istədiyini deyib.

"Mənim mesajım ondan ibarətdir ki, insan 50 və ya 60 yaşı keçdikdən sonra yaşayıb-yaşamamaq seçimində azad olmalıdır", - deyə uzunömürlü alim bildirib.

Ölkəsinin ən qoca alimi qeyd edib ki, hərçənd ölümcül xəstəlikdən əziyyət çəkir, amma ümid edir ki, Avstraliyadan fərqli olaraq, onun İsveçrədə həyatdan ayrılmaq qərarı, ölkəsinin qanunvericilərinin ağıllarını bir dəfə dəyişdirəcək.

"İstərdim sistem dəyişsin. Lakin bunun yaxın on ildə baş verəcəyinə şübhə edirəm", - deyə o, əlavə edib.

Qudoll bu gün onun psixi durumunu qiymətləndirəcək həkimlə görüşəcək. Mayın 10-da isə o, kimyəvi maddənin olduğu kokteyli içərək öləcək. Alim bunu istəyib-istəməməsi barədə suala "bəli, mən məhz bunun üçün burdayam", - cavabını verib.

İsveçrə özünü öldürməyə münasibətdə dözümlü ölkələrdən biridir. Qudolla kömək edən "Life Circle" qrupunun üzvləri deyirlər ki, yalnız İsveçrə və Kolumbiya əcnəbilərə həyatdan köçməyə icazə verir və kömək edir. 

Son xəbərlər

Orphus sistemi