Yuxarı
    Bağlamaq

    Avstraliyada sörfinqçinin köpək balığından xilas olduğu kadrlar qeydə alınıb - VİDEO

    Sörfinq ustası möcüzə sayəsində xilas ola bilir

    Bakı. 25 fevral. REPORT.AZ/ Avstraliyada sörfinqçinin böyük ağ köpək balığının hücumundan necə xilas olduğu kadrlar qeydə alınıb.

    "Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

    Yeni Cənubi Uels ştatının hökuməti tərəfindən lentə alınan hadisə ötən yay Ballina şəhəri yaxınlığında baş verib.

    Pilotsuz aparatın çəkdiyi kadrlarda köpək balığının bir metrdən də az məsafədə sörfinqçiyə yaxınlaşdığını, lakin son anda nədənsə səmtini dəyişərək digər sörfinqçinin olduğu istiqamətdə hərəkət etdiyini görmək olaar.

    Nəşr yazır ki, 2014-ci ildən bu yana həmin ərazidə 11 nəfərə köpək balığı hücumu baş verib ki, onlardan da ikisi faciə ilə nəticələnib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi