Yuxarı
    Bağlamaq

    Avstraliyada kenquru velosipedçi qadını vurub - VİDEO

    Bakı. 30 yanvar. REPORT.AZ/ Avstraliyada kenqurunun velosipedçi qadını vurduğu anlar sosial şəbəkədə yayılıb.

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, videonu CGTN telekanalı yayıb.

    Hadisə ölkənin Kvinslend ştatında qeydə alınıb. Kadrları xəsarət almış velosipedçi qadının rəfiqəsi çəkib.

    Kadrlarda bir qrup velosipedçinin yoluna çıxan kenqurunun onlardan birini necə vurması və qaçıb getməsi aydın görünür.

    Çiyni və dizi zədələnən qadın xəstəxanaya yerləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi