Yuxarı
    Bağlamaq

    Avstraliyada dünyanın ən zəhərli hörmüçəyinin dişlədiyi uşaq sağ qalıb

    Həkimlər onun həyatını xilas edə biliblər

    Bakı. 24 fevral. REPORT.AZ/ Avstraliyada həkimlər dünyada ən zəhərli hesab edilən qıfşəkilli Sidney hörmüçəyinin dişlədiyi uşağın həyatını xilas edə biliblər.

    "Report" BBC-yə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Berkli Veyl şəhərciyində baş verib.

    On yaşlı Metyu Mitçel anbarda atasına səliqə-sahman yaratmaqda kömək edən zaman qəflətən barmağında ağrı hiss edib. Uşaq qısa vaxt ərzində qıc olmağa başlayıb və ağzından köpük gəlib.

    Atası dərhal Metyunu xəstəxanaya çatdırıb və orada ona zəhər əleyhinə 12 iynə vurulub.

    Hadisə yerindən tapılan hörmüçək zəhəri çıxarılması üçün Avstraliyanın sürünənlər parkına aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi