Yuxarı

KİV: Avstraliyada 8 yaşlı oğlan 314 kiloqramlıq köpək balığını ovlayıb - FOTO - VİDEO

​Avstraliyada 8 yaşlı oğlan 314 kiloqramlıq köpək balığını ovlayı

Avstraliyada 8 yaşlı Djeyden Millauro 314 kiloqramlıq köpək balığını ovlayaraq dünya rekorduna imza atıb.

Bu barədə "Report" LAD BIBLE-yə istinadən xəbər verir.

Qeyd edilir ki, məktəbli çəkisinin cəmi 40 kiloqram olmasına baxmayaraq, özündən 8 dəfə ağır olan nəhəng balığı sürüyə bilib.

"Mən özümü qayığın divarından kənara çəkərək tab gətirməyə çalışırdım", - deyə Djeyden jurnalistlərə bildirib.

Qeyd edilir ki, Djeyden köpək balığını tilovla ovlamağa müvəffəq olub.

LAD BIBLE bildirib ki, Djeyden Millauro yeni dünya rekordçusi ola bilər. Dünyada ən böyük köpək balığının tutulması üzrə hazırkı rekordu Yan Hissi əldə edib. O, 1997-ci ildə 312 kiloqamlıq köpək balığını tutub.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi