Yuxarı

​Avstraliya hökuməti 700-ə yaxın koalanı məhv edib

Hakimiyyət bunu onların çoxalması ilə izah edib

Bakı. 4 mart. REPORT.AZ/ Avstraliyanın Viktoriya ştatında hökumətin sərəncamı ilə təqribən 700 koala öldürülüb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, hakimiyyət bu qərarı onların artımının çox olması ilə izah edib ki, bu da onların acından ölməsinə gətirib çıxara bilərmiş.

Koalaların sayı 1 hektar üçün 20-ə çatıb.

Ştatın ətraf mühitin mühafizəsi naziri Liza Nevill koalaların kütləvi şəkildə məhv edildiyini təsdiq edib və onların Keyp Otuey şəhəri yaxınlığında evtanaziya yolu ilə məhv edildiyini bildirib.

Nevill bu tədbirin zəruri olduğuna əmin etməyə çalışıb. O, qeyd edib ki, bu heyvanlar onsuz da, aclıqdan əziyyət çəkərək öləcəkdilər.

Nazir, həmçinin evtanaziya üçün seçilən həmin 686 koalanın qeyri-sağlam olduqlarını da qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi