​Avropanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb

​Avropanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb Aİ-nin ən xoşbəxt ölkələri Danimarka, Finlandiya və İsveç olub
Maraqlı
20 Mart , 2015 03:41
​Avropanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb

Bakı. 20 mart. REPORT.AZ/ Avropa İttifaqının Statistika Xidmətinin apardığı sorğuya görə, Danimarka, Finlandiya və İsveç sakinləri özlərini xoşbəxt hesab edirlər.

"Report" xəbər verir ki, sorğu iştirakçıları "Öz həyatınızdan nə dərəcədə razısınız?" sualına cavab verməli olublar.

İdarənin saytında yerləşdirilən məlumata görə, danimarkalılar, finlər və isveçlilər 11 ballıq şkala ilə 8 bal alıblar.

Almanlar onlardan bir qədər geri qalıblar. Onlar öz həyat səviyyələrini 7,3 bal ilə qiymətləndiriblər.

Yunanlar öz həyatlarından razılıqlarını 6,2 balla qeyd ediblər. Hamıdan pis 4,8 bal ilə bolqarlar yaşayır. Aİ ölkələrində həyatda yaşamaqdan razılığın orta səviyyəsi 7,1 bal təşkil edib.

Sorğuya görə, gənc insanlar yaşlılardan xoşbəxtdirlər, kişilər və qadınlar isə həyatdan razılıqlarını təqribən eyni səviyyədə qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi