Avropanın ən qocaman sakini İspaniyada 116 yaşında vəfat edib

Avropanın ən qocaman sakini İspaniyada 116 yaşında vəfat edib Onun yatağında, əzabsız vəfat etdiyi bildirilir
Maraqlı
16 Dekabr , 2017 18:36
Avropanın ən qocaman sakini İspaniyada 116 yaşında vəfat edib
112.ua

Bakı. 16 dekabr. REPORT.AZ/ Avropanın ən qocaman qadını Ana Vela 116 yaşının tamam olmasından 1,5 ay sonra Barselonadakı qocalar evinin birində dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Dərzi işləmiş Ana Vela 1901-ci ildə İspaniyanın Əndəlus vilayətində anadan olub. Onun heç bir xəstəlikdən əziyyət çəkmədiyi bildirilir. 

İspaniyanın uzun ömürlülük rəmzinə çevrilən A.Velanın qızlarının birinin 90, nəvəsinin isə 65 yaşı var.

Son xəbərlər

Orphus sistemi