Avropada əhalisi ən çox siqaret çəkən ölkənin adı açıqlanıb

Avropada əhalisi ən çox siqaret çəkən ölkənin adı açıqlanıb Avropa ölkələri arasında ən az siqaret istifadəçiləri İsveçdədir
Maraqlı
9 Dekabr , 2016 05:20
Avropada əhalisi ən çox siqaret çəkən ölkənin adı açıqlanıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Avropa ölkələrində yaşayan əhalinin 15 yaşdan yuxarı təbəqəsinin təqribən dörtdə biri siqaret çəkir. 

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrində əhalinin 76 faizi siqaret çəkmir.

Gündəlik siqaretdən istifadə edənlər 19,2 faiz, arabir çəkənlər isə 4,7 faiz səviyyəsindədir. Kişilərin 28,7 faizi, qadınların isə 19,5 faizi siqaret istifadəçisidir.

Aİ-yə üzv ölkə olan Bolqarıstan bu siyahıda ilk yerlərdən birini tutub. Belə ki, orada əhalinin 34,8 faizi siqaret çəkir. Digər yerləri 32,6 faizlə Yunanıstan və 30 faizlə Avstriya bölüşür. Fransada bu göstərici 28,3, İspaniyada isə 25,3, İtaliyada 22,7, Almaniyada 21,7 və Böyük Britaniyada 17,3 faiz təşkil edir.

Avropa ölkələri arasında ən az siqaret istifadəçiləri İsveçdədir. Burada əhalinin yalnız 16,7 faizi siqaret çəkir.  

Son xəbərlər

Orphus sistemi