Astronomlar məhv olmuş planetin qalıqlarını tapıblar - VİDEO

Astronomlar məhv olmuş planetin qalıqlarını tapıblar - VİDEO Planetin digər obyektlərlə toqquşma nəticəsində məhv olduğu ehtimal edilir
Maraqlı
5 Aprel , 2017 02:56
Astronomlar məhv olmuş planetin qalıqlarını tapıblar - VİDEO

Bakı. 5 aprel. REPORT.AZ/ Astrofiziklər Mars orbitində dağılmış planetin "troyan asteroidləri" adlanan qalıqlarını aşkar ediblər.

"Report" xəbər verir ki, bu kəşf Çilidəki "Very Large Telescope" teleskopunun sayəsində mümkün olub.

Tapılan "qalıqlar"ın tərkibinin tədqiqi göstərib ki, aşkar edilən asteroidlər əvvəllər alimlərin diqqət mərkəzinə düşən kosmik "bədən" ilə eynidir.

Tədqiqatçılar bunun sayəsində belə bir qənaətə gəliblər ki, Mars orbitində aşkar edilən asteroid "səpintilər"i bir vaxtlar mövcud olmuş, ola bilsin ki, digər obyektlərlə toqquşma nəticəsində məhv olmuş planetin qalıqlarıdır.

Son xəbərlər

Orphus sistemi