Yuxarı
    Bağlamaq

    Argentinada insan siması olan çəpiş doğulub

    Mutant çəpiş üç saatdan çox yaşamayıb.

    Bakı. 22 iyul. REPORT.AZ/ Argentinada siması insan sifətini xatırladan keçi balası dünyaya gəlib. "Report"un məlumatına görə, bu barədə "El Chorrillero" nəşri məlumat yayıb.

    Heyvan çərşənbə axşamı ölkənin La-Rioxa vilayətində doğulub. Heyvanın sahibi Qledis Ovyedo deyib ki, başı deformasiyaya uğrasa da, digər çəpişlərdən heç nəyi ilə fərqlənmirdi.

    Təsərrüfat sahibinin sözlərinə görə, mutant çəpiş üç saatdan çox yaşamayıb.

    "Mən ona süd verməyə hazırlaşırdım ki, gördüm o nəfəs almaqda çətinlik çəkir. Tezliklə öldü"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi