​Argentinada 50 metrlik pizza hazırlanıb

​Argentinada 50 metrlik pizza hazırlanıb Nəhəng pizzanın hazırlanması üçün 8 aşpaz, 50 kq pendir мэ 24 kq pomidor tələb olunub
Maraqlı
12 Noyabr , 2014 05:50
​Argentinada 50 metrlik pizza hazırlanıb
Bakı. 12 noyabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə "dadlı" xeyriyyəçilik aksiyası keçirilib və əldə olunan vəsait Daun xəstələrinə dəstəyə yönəldilib.

"Report" Agronews-a istinadən xəbər verir ki, Korrientes küçəsi boyunca masalar quraşrılıb və aşpazlar bir neçə saat ərzində şəhər sakinləri və qonaqlarına qeyri-adi yeməklər təqdim ediblər.

Braziliyalı aşpazlar isə aksiya çərçivəsində 50 metrlik pizza hazırlayıblar. Nəhəng pizzanın hazırlanması üçün böyük soba, həmçinin 8 aşpaz, 7 köməkçi, 100 könüllü, 100 kq əllə hazırlanmış xəmir, 50 kq Mosarella pendiri, 24 kq pomidor, 13 kq zeytun və sous tələb olunub.

Arzu edənlər pizzanın bir parçasını 0,5 dollardan da aşağı qiymətə ala biliblər.

Son xəbərlər

Orphus sistemi