Araşdırma: Yer üzündə ilk insanlar hesab olunduğundan 100 min il əvvəl meydana gəlib

Araşdırma: Yer üzündə ilk insanlar hesab olunduğundan 100 min il əvvəl meydana gəlib Homo sapiens 300 min il əvvəl artıq Afrikada yaşayıb
Maraqlı
8 İyun , 2017 11:51
Araşdırma: Yer üzündə ilk insanlar hesab olunduğundan 100 min il əvvəl meydana gəlib

Bakı. 8 iyun. REPORT.AZ/ Homo sapiens 300 min il əvvəl artıq Afrikada yaşayıb. Bu isə indiyə qədər hesab olunan zamandan 100 min il əvvəldir.

"Report" xəbər verir ki, bu barədə "Nature" jurnalında nəşr olunan araşdırmada deyilir.

Paleontoloqlar Mərakeşdə tapılan qalıqları təhlil edib və belə qənaətə gəlib.

Homo sapiensin ilk qalıqları Mərakeşin Cebel İrhud bölgəsində ötən əsrin 60-cı illərində aşkar edilib. 2004-cü ildə köhnə tapıntılara daş artefaktlar və heyvan qalıqları əlavə edilib. Əvvəlcə arxeoloji tapıntıların yaşının 200 min il olduğu bildirilirdi. Amma yeni təhlillər nəticəsində onların azı 300 min il əvvələ aid olduğu müəyyənləşib. Bunu termolüminessensiya ölçməsi (nümunənin qızdırılması ilə əldə olunan enerjinin ölçülməsi -red.) ilə müəyyənləşdiriblər.

Qalıqlar beş müxtəlif insana məxsus olub. 

Son xəbərlər

Orphus sistemi