"Apple" "iPhone X"-i təqdim edib

"Apple" "iPhone X"-i təqdim edib O, gümüşü və qara rəngdə satışa çıxarılıb
Maraqlı
12 Sentyabr , 2017 22:59
Apple iPhone X-i təqdim edib
Courtesy image

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Apple" şirkəti "iPhone X"-i təqdim edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "iPhone X"-in "Home" düyməsi yoxdur.

O, gümüşü və qara rəngdə satışa çıxarılıb. Yeni "iPhone X-i" kiliddən çıxartmaq üçün sahibin kimliyini tanıtma funksiyası tələb olunur.

Yeni cihazın təqdimetmə mərasimi "Apple"in Kupertino şəhərindəki mənzil-qərargahında keçirilib. Bu il şirkətin yeniliklərinin 10-cu – yubiley təqdimatı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi