“Apple”in qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna çevrilib

“Apple”in qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna çevrilib Jobs 2011-ci ilin oktyabrında 56 yaşında xərçəng xəstəliyindən vəfat edib
Maraqlı
16 Mart , 2015 03:50
“Apple”in qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna çevrilib

Bakı. 16 mart. REPORT.AZ/ Dörd il əvvəl xərçəng xəstəliyinə yenilən “Apple”in qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna çevrilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, “Apple”in qurucusunun həyatının dönüş nöqtələrini işıqlandıran “Becoming Steve Jobs” adlı kitab hələ satışa verilməsə də, Steve Jobs və korporasiyanın idarə heyətinin üzvü Tim Cook haqqında bu günədək bilinməyən bir hekayə də gün üzünə çıxıb.

Kitabda qeyd olunur ki, 2009-cuildə təcili olaraq qara ciyər nəqlinə ehtiyac duyan Steve Jobsa ilk yardım təklifi Tim Cooktan gəlibmiş.

Belə ki, xəstə həmkarı ilə eyni qan qrupuna sahib olduğunu öyrənənTim Cook qaraciyərindən bir parça vermək istəsə də, bu təklif Jobs tərəfindən qəbul olunmayıb. “Steve Jobsa qaraciyərimi verdikdən sonra sağlığımla əlaqədar bir problem yaşamayacağımı söyləsəmdə, onu razı sala bilmədim”, - deyənTim Cook, 13 il birlikdə işlədiyi Jobs ilə yalnız 4 dəfə mübahisə etdiklərini və bunun da o anlardan biri olduğunu söyləyib.

Qeyd edək ki, Steve Jobs 2011-ci ilin oktyabrında 56 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Son xəbərlər

Orphus sistemi