Yuxarı

​Angela Merkel səhvən antisemitizmi Almaniyanın vətəndaşlıq borcu adlandırıb

Merkel Bundestaqda çıxışı zamanı bu səhvə yol verib

Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel səhvən antisemitizmin Almaniya vətəndaşlarının vətəndaşlıq borcu olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Rheinische post" nəşri məlumat yayıb.

Merkel Bundestaqda çıxışı zamanı bu səhvə yol verib.

"Antisemitizm bizim hökumət və vətəndaş borcumuzdur. Bu, məscidə hücuma da aiddir", - deyə o qeyd edib.

Nəşr səhvin Merkelin bütün bəyanatının mənasını dəyişdiyini yazıb.

"Almaniyada yəhudi və müsəlmanlara nifrətə yer olmamalıdır. Məscidə istənilən hücum da qəbuledilməzdir", - deyə düzəliş edilən rəsmi bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi