Amerikalı bioloqun Nobel medalını rusiyalı milyarder satın alıb

Amerikalı bioloqun Nobel medalını rusiyalı milyarder satın alıb Əlşir Usmanov bunun üçün 4 milyondan artıq pul xərcləyib
Maraqlı
9 Dekabr , 2014 21:00
Amerikalı bioloqun Nobel medalını rusiyalı milyarder satın alıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyalı milyader Əlşir Usmanov "Christie's" hərracında amerikalı bioloq Ceyms Uotsonun Nobel mükafatının qızıl medalını alıb. "Report" "BBC"yə istinadən xəbər verir ki, o, bu medala 4 milyondan artıq dollar ödəyib.

Xatırladaq ki, C.Uotson DNT-nin quruluşundakı ixtirasına görə 1962-ci ildə Nobel mükafatı alıb. O, sağlığında Nobel medalı satılan ilk laureatdır. C.Uotson müsahibəsində deyib ki, 2007-ci ildə irqi ayrı-seçkiliklə bağlı iradlarından sonra elmi cəmiyyətdən uzaqlaşdırılıb: "Bundan sonra medalımı satmaq qərarına gəldim".

O, medalın satışından alacağı vəsaiti xeyriyyə işlərinə xərcləyəcəyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi