​Amerikalı səhvən polis rəisinə narkotik almağı təklif edib

​Amerikalı səhvən polis rəisinə narkotik almağı təklif edib 29 yaşlı Uilyam Lamberson həbs olunub
Maraqlı
13 Sentyabr , 2015 10:23
​Amerikalı səhvən polis rəisinə narkotik almağı təklif edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Florida sakini (ABŞ) səhvən polisə mesaj yazaraq ona narkotik vasitə almağı təklif edib.

"Report" "CBS12"yə istinadən xəbər verir ki, 29 yaşlı Uilyam Lamberson nömrəni səhv salıb və narkotik təklifi ilə bağlı mesajı dairə üzrə narkotiklərlə mübarizə şöbəsinə rəhbərlik edən kapitan Brayan Berqenə göndərib.

Polisin sözlərinə görə, cani əvvəlcə adi dost kimi danışıb və tədricən hüquq mühafizəçisi anlayıb ki, gənc oğlan narkotik satışı ilə məşğul olur. Bir neçə həftəlik yazışmadan sonra polis əvvəlcə marixuana, sonra isə kokain almaq istədiyini bildirib.

Gənc oğlan təklifə razılıq verib. Sonradan Lamberson saxlanılıb və satış məqsədi ilə kokain saxlamaqda ittiham olunub. Hazırda saxlanılan şəxs həbsdədir.

Son xəbərlər

Orphus sistemi