​Amerikalı milyarder təsadüfən qətl törətdiyini etiraf edib

​Amerikalı milyarder təsadüfən qətl törətdiyini etiraf edib Hazırda Robert Darsta qarşı ittiham irəli sürülüb
Maraqlı
17 Mart , 2015 05:39
​Amerikalı milyarder təsadüfən qətl törətdiyini etiraf edib

Bakı. 17 mart. REPORT.AZ/ Amerikalı milyarder Robert Darst NVO telekanalının efirində təsadüfən cinayət törətdiyini etiraf etdikdən sonra, adam öldürməkdə ittiham olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, Darstın sözləri müsahibə üçün nəzərdə tutulmayıb, lakin sənədli filmin çəkilişləri zamanı lentə düşüb.

"Lənət şeytana, mən nə etdim? Əlbəttə ki, hamısını öldürdüm", - deyə Darst mikrafonu söndürməyi unudaraq astaca pıçıldayıb.

Son xəbərlər

Orphus sistemi