Yuxarı
    Bağlamaq

    Amerikalı alimlər "qatil" köpək balıqlarının sürətinin sirrini açıblar

    Mako köpək balıqları 60 km/saat sürət yığmağa və 6 metr hündürlüyə tullanmağa qadirdirlər

    Bakı. 9 fevral. REPORT.AZ/ Mako köpək balığı yırtıcı okean sprinteridir. O, saatda 60 kilometr sürət yığmaq və 6 metr suyun üzərinə tullanmaq iqtidarındadır və bu, heç bir şikar üçün sağ qalmaq şansı buraxmır.

    “Report”un xəbərinə görə, Amerikanın Harvard Universitetinin alimləri aşkar ediblər ki, onun sürət sprintinin sirri dərisi üzərindəki xırda dişçiklərdir.

    Köpək balığının məhz dişli dərisi onun eyni zamanda qalxma gücünü artırır və suyun müqavimətini azaldır.

    Bu yırtıcıların dərsinin hamar olduğu görünsə də, əslində xırda pulcuq-dişciklərlə örtülüb. Fizik və bioloqlar uzun müddət belə bir dəri örtüyünün su müqavimətini necə azalda biləcəyininin marağında idilər.

    Məlum olub ki, dişli pulcuqlar əslində ağırlıq qüvvəsinə qarşı olan normal reaksiya (qaldırıcı qüvvə) gücünü artırır.

    Harvard Universitetinin alimləri 3D-printerin köməkliyi ilə dişli pulcuqlar modeli yaradıblar və su axınında onların akvadinamik xüsusiyyətlərini sınaqdan keçiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi