Almaniyanın keçmiş kansleri dördüncü həyat yoldaşından da ayrılır

Almaniyanın keçmiş kansleri dördüncü həyat yoldaşından da ayrılır Cütlük övladlığa götürdükləri iki uşağın tərbiyəsi ilə birlikdə məşğul olacaq
Maraqlı
14 Sentyabr , 2016 16:27
Almaniyanın keçmiş kansleri dördüncü həyat yoldaşından da ayrılır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Almaniyanın keçmiş kansleri Gerhard Şröyder 19 illik birgə ailə həyatından sonra 53 yaşlı xanımı Doris Şröyder-Kepfdən boşanır.

"Report" TASS-a istinadən xəbər verir ki, cütlük boşanmaq üçün rəsmi formada məhkəməyə müraciət ediblər.

Məlumata görə, onlar bir ilə yaxındır ayrı yaşayırlar. Bu, onların birlikdə müxtəlif tədrbilərə qatılmasına mane olmayıb.

Cütlük övladlığa götürdükləri iki uşağın tərbiyəsi ilə birlikdə məşğul olacaq.

Xəbərdə bildirilib ki, Doris keçmiş kanslerin dördüncü həyat yoldaşıdır. Gerhard Şröyderlə evlilik Doris Şröyder-Kepfin isə ilk nikahıdır.

Xatırladaq ki, 72 yaşlı G.Şröyder 1998-ci il oktyabrın 27-dən 2005-ci il noyabrın 21-dək Almaniyanın kansleri olub. 

Son xəbərlər

Orphus sistemi