Yuxarı

Almaniyada şirlər safari-parkın əməkdaşını ağır yaralayıb

​Almaniyada şirlər safari-parkın əməkdaşını ağır yaralayıb

Almaniyanın Aşağı Saksoniya federal torpağının Hodenhagen kommunasında yerləşən "Serengeti-park" safari parkının 24 yaşlı əməkdaşına iki şir hücum edib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Deutsche Welle" məlumat yayıb.

Hadisə zoopark əməkdaşı heyvanları yemləmək üçün şirlərin olduğu volyerə daxil olarkən baş verib. Kişi ciddi yaralar alıb. Onu ölümdən həmkarları xilas edib və "təcili yardım" çağırıblar. Hazırda onun həyatı təhlükə altında deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi