Almaniyada qaçqınların dini və cinsi orientasiyası yoxlanılmayacaq

Almaniyada qaçqınların dini və cinsi orientasiyası yoxlanılmayacaq Almaniyada bundan sonra sığınacaq axtaran şəxslər dini və cinsi orientasiyaları ilə bağlı sınaqdan keçirilməyəcəklər.
Maraqlı
5 İyun , 2020 12:21
Almaniyada qaçqınların dini və cinsi orientasiyası yoxlanılmayacaq
Report

Almaniyada bundan sonra sığınacaq axtaran şəxslər dini və cinsi orientasiyaları ilə bağlı sınaqdan keçirilməyəcəklər. 

“Report”un Avropa bürosunun Almaniya Federal Konstitusiya Məhkəməsindən əldə etdiyi məlumata görə, indiyə kimi dini mənsubiyyətlə bağlı tətbiq olunan yoxlamalar “2 BvR 1 838/15” nömrəli qərara əsasən ləğv edilib.

Məlumatda bildirilib ki, bu vaxta kimi idarə məhkəmələrinə “inam”, “cinsi orientasiya” testinə məruz qaldıqlarını deyən onminlərlə sığınacaq axtaran müraciət edib. Bir çox insan isə bu testə məruz qalmamaq üçün ölkələrinə ya könüllü getməyə, ya da deportasiya olunmağa razılıq veriblər.

Federal Ana Konstitusiya Məhkəməsinin məlumatına əsasən, insanların dini və cinsi orientasiyasının sorğulanması və yoxlamaya məruz qalması Almaniya qanunlarına tamamilə ziddir.

“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzə Federal İdarəsi (BAMF) və Federal Daxili İşlər Nazirliyi dinini dəyişdiyinə, eyni zamanda cinsi orientasiyasına görə şəxslərin hansı ölkələrdə təqibə məruz qalacağı barədə məlumatlı olmalıdır”, - Konstitusiya Məhkəməsindən bildirilib.

Məlumat üçün bildirək ki, aprel ayında koronavirus pandemiyası ilə bağlı 5 106 nəfər Almaniyaya daxil olmadan sığınacaq istəyib. Sığınacaq müraciətlərinin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 51,3 faiz azalıb. Əvvəlki ayla müqayisədə isə, 28,3 faiz azalıb.

BAMF aprel ayında 2 286 nəfərə qaçqın statusu verib. 1 510 nəfərin müraciəti isəədd edilərək barələrində deportasiya qərarının çıxarılması üçün işləri yerli idarə məhkəmələrinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi