Almaniyada pensiyaçıya köməklik göstərmədiklərinə görə saxlanılanların məhkəməsi keçirilir

Almaniyada pensiyaçıya köməklik göstərmədiklərinə görə saxlanılanların məhkəməsi keçirilir Almaniya qanunvericiliyi təxirəsalınmaz tibbi yardım göstərilmədiyi halda cərimə və hətta bir ilədək həbs cəzası nəzərdə tutur
Maraqlı
18 Sentyabr , 2017 15:44
Almaniyada pensiyaçıya köməklik göstərmədiklərinə görə saxlanılanların məhkəməsi keçirilir
PRESSEPORTAL.DE

Bakı. 18 sentyabr. REPORT.AZ/ Almaniyada bank şöbəsində halı pisləşən pensiyaçıya köməklik göstərmədiklərinə görə saxlanılan 3 nəfərin məhkəməsi keçirilir.

"Report"un verdiyi xəbərə görə, 83 yaşlı kişi yıxılaraq başı döşəməyə dəyib və bir həftədən sonra vəfat edib.

Yalnız banka daxil olan bir şəxs qocanın halının pis olduğunu görərək təcili yardım çağırıb və beləliklə, ona ilk yardım yıxıldıqdan yalnız 20 dəqiqə sonra göstərilib.

Xəstəyə əhəmiyyət verməyən şəxslər müşahidə kamerası vasitəsilə müəyyən edilib. Kadrlarda onların yerdə uzanmış kişinin üzərindən addımlayaraq keçdikləri əks olunub.

Almaniya qanunvericiliyi təxirəsalınmaz tibbi yardım göstərilmədiyi halda cərimə və hətta bir ilədək həbs cəzası nəzərdə tutur.

Təqsirləndirilənlərdən biri Oberhauzendən olan 55 yaşlı kişidir, digər ikisi isə Essendən olan 39 yaşlı qadın və 21 yaşlı gəncdir.

Onlardan ikisi huşunu itirmiş kişinin evsiz olduğunu zənn etdiklərini bildiriblər.

1991-ci ildən Essendə prokuror kimi fəaliyyət göstərən Birgit Yurgens bu cür vəziyyətlə ilk dəfə rastlaşdığını deyib. 

Son xəbərlər

Orphus sistemi