Almaniya məhkəməsi müəllimlərə qoyulan hicab qadağasını ləğv edib

Almaniya məhkəməsi müəllimlərə qoyulan hicab qadağasını ləğv edib Federal Konstitusiya Məhkəməsi müəllimlərə tətbiq olunan baş örtüsü qadağasının Almaniya konstitusiyasına zidd olduğunu bəyan edib
Maraqlı
13 Mart , 2015 22:38
Almaniya məhkəməsi müəllimlərə qoyulan hicab qadağasını ləğv edib

Bakı. 13 mart. REPORT.AZ/ Almaniya Federal Konstitusiya Məhkəməsi dövlət məktəblərində işləyən müəllimlərə tətbiq olunan baş örtüsü qadağasının ölkə konstitusiyasına zidd olduğunu bəyan edərək ləğv edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, 2004-cü ildə qoyulan bu qadağa din azadlığını pozur. Məhkəmə iddiası iki müsəlman müəllimə tərəfindən qaldırılmışdı.

Qadağaya səbəb kimi hicabın siniflərdə təfriqəyə səbəb ola biləcyi və müəllimin neytrallığı barədə sualların yarana biləcəyi göstərilirdi.

Son xəbərlər

Orphus sistemi