Almaniyada fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib - VİDEO

Almaniyada fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib - VİDEO Hadisə 65 minə yaxın insanın yaşadığı Noyvid şəhərində baş verib
Maraqlı
8 İyun , 2018 01:57
Almaniyada fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ Çərşənbə günü Almaniyada yaşlı Afrika fili günün günorta çağı sirkdən qaçaraq bir müddət şəhərdə sərbəst şəkildə gəzib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı polisə istinadən "Der Spiegel" nəşri yazıb.

Bildirilir ki, hadisə 65 min nəfərə yaxın insanın yaşadığı Noyvid şəhərində (Reynland-Pfalts federal torpağı) baş verib.

Məlumata görə, sirkdə filin qaçmasından dərhal xəbər tutmayıblar. "Keniya" ləqəbli heyvan tutulana və volyerə qaytarılana qədər şəhərdə 1 kilometr hərəkət edib. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Heç kim zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi