Almaniya yığması Olimpiadaya 3,5 min litr alkoqolsuz pivə gətirib

Almaniya yığması Olimpiadaya 3,5 min litr alkoqolsuz pivə gətirib Bakı. 21 fevral. REPORT.AZ/ Almaniya yığmasının üzvləri qış Olimpiadasında həkimin tövsiyəsi ilə məşqlərdən sonra yarışlara bərpa olmaq üçün alkoqolsuz pivə içirlər.
Maraqlı
21 Fevral , 2018 08:39
Almaniya yığması Olimpiadaya 3,5 min litr alkoqolsuz pivə gətirib

Bakı. 21 fevral. REPORT.AZ/ Almaniya yığmasının üzvləri qış Olimpiadasında həkimin tövsiyəsi ilə məşqlərdən sonra yarışlara bərpa olmaq üçün alkoqolsuz pivə içirlər.

"Report"un "The New York Times" nəşrinə istinadən məlumatına görə, "Krombacher" pivə zavodu bunun üçün Olimpiya kəndinə təxminən 3,5 min litrlik içki göndərib.

Pivənin içilməsinin təşəbbüskarı Münhen Texniki Universitetinin müəllimi, xizək komandasının həkimi təyin olunmuş Yonnas Şerr olub. O, 2009-cu ildə alkoqolsuz pivənin iltihabları və tənəffüs yollarının infeksiyalarını azaltdığını aşkar edib. Şerrin fikrincə, bu, idmançılara müsbət təsir edir.

"Bu, məşqdən və ya yarışdan sonra əla içkidir", - deyə Cənubi Koreyada gümüş medal qazanmış biatlonçu Simon Şempp qeyd edib. Dağ xizəkçisi Linus Ştrasser da təsdiq edib ki, idmançılar izotonikadan pivə kimi istifadə edirlər.

"The New York Times"ın məlumatına görə, almanlar başqa idman növlərində də həmçinin güclərini bərpa etmək üçün alkoqolsuz içki içirlər.

Son xəbərlər

Orphus sistemi