​Almaniya ordusu imam axtarır

​Almaniya ordusu imam axtarır Ordudakı hər 5 əsgərdən biri ya mühacir-müsəlman, ya da sadəcə müsəlmandır
Maraqlı
23 May , 2015 17:57
​Almaniya ordusu imam axtarır

Bakı. 23 may. REPORT.AZ/ Almaniyanın Hərbi Silahlı Qüvvələri orduda qulluq edən müsəlman əsgərlərin dini tələbini ödəmək üçün imam işə götürmək qərarına gəlib.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Almaniyanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Ölkə ordusunda hərbi xidmət edən müsəlman əsgərlərin sayı ilbəil artdığından, nazirlik belə bir qərar qəbul edib.

Məlumatda bildirilib ki, Almaniya ordusundakı hər 5 əsgərdən biri ya mühacir-müsəlman, ya da sadəcə müsəlmandır. 

Son xəbərlər

Orphus sistemi