Yuxarı

Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar - FOTO

​Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar

Paris-Syud Universitetinin alimləri Efiopiyanın Dallol vadisində hər hansı bakteriyaların mövcud olmadığını aşkarlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" jurnalı bildirib.

Beləliklə onlar planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddiaları şübhə altına qoyublar.

"Bizim tədqiqatımız sübut edir ki, Yerin səthində hətta su olduğu halda tamamilə cansız yerlər mövcuddur", - deyə alimlər jurnala bildiriblər.

Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Ərazidəki suyun tərkibində maqnezium üstünlük təşkil edir. Habelə suyun tərkibində son dərəcə turş və duzlu məhlul var. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi