Alimlər smartfonlara aludəçiliyin təhlükəli olduğunu müəyyənləşdiriblər

Alimlər smartfonlara aludəçiliyin təhlükəli olduğunu müəyyənləşdiriblər Araşdırma müəllifləri smartfonlar və kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər
Maraqlı
14 Aprel , 2018 17:45
Alimlər smartfonlara aludəçiliyin təhlükəli olduğunu müəyyənləşdiriblər

Bakı. 14 aprel. REPORT.AZ/ Hər il daha çox yayılan elektron cihazlardan asılılıq insanları bədbəxt edir və asılılıq yaradır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ-ın San-Fransisko Universitetindən olan araşdırmaçılar belə qənaətə gəliblər. Onların araşdırmaları "Sciencedaily" jurnalında dərc edilib.

Tədqiqatçılar hesab edirlər ki, smartfonlardan daha çox istifadə edən insanların beyinlərində asılılıq yaradan nevroloji əlaqələr yaranır. Bu, məsələn, çox ağrıkəsici qəbul edən insanlarda yaşananlarla oxşardır.

Araşdırmaçılar elektron cihazlardan asılılığın sosial əlaqələrə də təsir etdiyini müəyyənləşdiriblər. Belə ki, vaxtının çoxunu sosial şəbəkələrdə keçirənlər həmsöhbətinin jestlərindən, üz ifadələrindən və intonasiyalarından xəbərsiz olur.

Araşdırma müəllifləri smartfonlar və kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər.

Son xəbərlər

Orphus sistemi