Alimlər öyrənmək üçün ən uyğun yaş dövrünü müəyyənləşdiriblər

Alimlər öyrənmək üçün ən uyğun yaş dövrünü müəyyənləşdiriblər Bakı. 26 dekabr. REPORT.AZ/ İnsan 17-20 yaş arasında olarkən digər dövrlərlə müqayisədə informasiyanı daha asan mənimsəyir.
Maraqlı
26 Dekabr , 2017 16:24
Alimlər öyrənmək üçün ən uyğun yaş dövrünü müəyyənləşdiriblər

Bakı. 26 dekabr. REPORT.AZ/ İnsan 17-20 yaş arasında olarkən digər dövrlərlə müqayisədə informasiyanı daha asan mənimsəyir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müvafiq tədqiqat "Nature Communications" jurnalında dərc edilib.

Alimlərin fikrincə, öyrənmə prosesində baş beyində striatumun dorsolateral hissəsi mühüm rol oynayır. Daha əvvəl yaşla bağlı olaraq beynin bu strukturunun fəallığındakı dəyişikliklər tədqiq edilməyib.

Leyden Universitetinin mütəxəssisləri 8-25 yaş arası 232 nəfərin üzərində eksperiment keçirib. Sınaqlar zamanı kompüterin verdiyi ipucuları öyrənməklə cavab variantları olan məntiqi tapşırıqları həll etmək lazım idi.

İçtirakçıların beyinlərinin aparata salınması nəticəsində baş beyində striatumun aktivliyinin 17-20 yaş arasındakı insanlarda maksimal səviyyəyə çatdığı müəyyən edilib.

Alimlərin fikrincə, tədqiqatlar 17-20 yaşın unikal dövr olduğunu, bu müddətdə beynin informasiyaları daha effektiv qəbul etdiyini göstərir.

Son xəbərlər

Orphus sistemi