Yuxarı
    Bağlamaq

    Alimlər mobil telefondan çox istifadənin yaddaşı zəiflətdiyi qənaətinə gəlib

    Müvafiq araşdırmanı Çin alimləri həyata keçirib

    Bakı. 19 fevral. REPORT.AZ/ Mobil telefondan həddindən çox istifadə idrak bacarıqlarının zəifləməsinə gətirib çıxarır.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Çin alimləri belə bir nəticəyə gəlib.

    Aparılan araşdırmalardan sonra Hebey əyalətinin ənənəvi Çin təbabəti hospitalının ensefalopatiya şöbəsinin müdiri Su Çjivey mobil telefonlardan daha çox istifadə edən insanların boyun spondilyozu, zəif görmə və pis yaddaşa daha çox meylli olduğu qənaətinə gəlib.

    Alimlər eyni zamanda mobil telefonun ekranından oxumağın insanın yaddaşına mənfi təsir etdiyini vurğulayır.

    Eksperimentlərin sayı və digər detalları barədə heç bir məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi