Yuxarı
    Bağlamaq

    Günəş sistemi xaricində yaşamaq üçün yararlı üç planet aşkar olunub - VİDEO

    Bu barədə NASA-nın təcili mətbuat konfransında bəyan olunub

    Bakı. 22 fevral. REPORT.AZ/ Alimlər "TRAPPIST-1" ulduzunun yanında Yer kürəsi ölçüsündə 7 planet aşkar ediblər və onların 3-də həyatın ola biləcəyi ehtimal edilir.

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) tərəfindən təşkil olunan və ekzoplanetlərə həsr edilən təcili mətbuat konfransında bildirilib.

    Ölçüsünə görə Yupiterə bənzəyən "TRAPPIST-1" ulduzu Yerdən 39 işıq ili məsafəsində yerləşir. Onun ətrafında ümumilikdə 7 planet var.

    Qeyd olunur ki, onların hər birində suyun olma ehtimalı var. Bu planetlərdən üçü isə ulduzdan elə məsafədə yerləşir ki, orada həyatın ola biləcəyi mümkündür.

    Alimlərin sözlərinə görə, onlar belə bir möcüzə gözləməyiblər.

    Planetlərin hamısında temperatur onların səthində maye suyun mövcudluğu üçün uyğundur. Lakin ulduza daha yaxın olan üç planetdə, ehtimal ki, həyatın olması üçün olduqca istidir, ən uzaqda yerləşən planetdə isə temperatur olduqca soyuqdur.

    Aşkar olunan bütün planetlər bir-birinə təqribən yaxın məsafədə yerləşir.

    "TRAPPIST-1" ulduzu Çilidə yerləşən teleskopun köməkliyi ilə aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi