Alimlər Ayda su olması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

Alimlər Ayda su olması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar Bu qranullar Ayın demək olar ki, bütün səthində var
Maraqlı
24 İyul , 2017 23:54
Alimlər Ayda su olması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

Bakı. 24 iyul. REPORT.AZ/ Yerin təbii peyki olan Ayda su olması ehtimalı var.

"Report" xəbər verir ki, amerikalı alimlər bu ehtimalı təsdiqləyən faktlar aşkarlayıblar.

Braun universitetinin nəşri olan "Nature Geoscience" jurnalında qeyd olunub ki, Hindistanın kosmosda olan peyki "Chandrayaan-1"də olan "Moon Mineralogy Mapper" aləti vasitəsi ilə alimlər Ayın səthində şüşəvari qranullar görüblər. Bu qranullar Ayın demək olar ki, bütün səthində var.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, Ayın dərinliklərindən çıxan piroklastik materiallarda su olması onu göstərir ki, orada suyun mənbəyi də var. 

Son xəbərlər

Orphus sistemi