Yuxarı

​Alen Delonun "Ferrari"si 14 milyon avroya satılıb

Satılan avtomobil uzun müddət itmiş hesab olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Fransalı aktyor Alen Delona məxsus olan "Ferrari" avtomobili hərracda 14 milyon avrodan baha satılıb.

"Report" xəbər verir ki, bu barədə "Les Echos" nəşri yazıb.

Nəşrin məlumatına görə, "Ferrari 250 GT SWB California Spider" modeli cəmi 37 ədəd istehsal olunub.

Həmçinin qeyd olunur ki, satılan avtomobil itmiş hesab olunub. Lakin bir müddət əvvəl o, Fransa fermalarından birində aşkar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi