Yuxarı
    Bağlamaq

    Albert Eynşteynin xoşbəxt həyatın sirrinə dair qeydi 1,56 mln dollara satılıb

    Qeyd Qüdsdə keçirilən auksionda satılıb
    © afp

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Albert Eynşteynin xoşbəxt həyatın sirrinə dair qeydi Qüdsdə keçirilən auksionda 1,56 mln dollara satılıb.

    Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir.

    Qeyd edək ki, 1922-ci ildə A.Eynşteyn Yaponiyada mühazirə kursu aparan zaman kuryer tərəfindən Nobel mükafatına layiq görülməsi xəbərini alıb. Onu əliboş qaytarmaq istəməyən, amma bunun Yaponiya ənənlərinə uyğun gəlmədiyini bilən fizik pul əvəzinə xidmətçiyə xoşbəxtliyin sirrini açmağa qərar verib.

    İlk qeyd fizikin qaldığı hotelin blankında, ikincisi isə adi vərəqdə yazılıb. Orada deyilir: "Sakit və təvazökar həyat daim həyəcanla əlaqəli olan uğura can atmaqdan daha çox sevinc bəxş edir" və "İradə olan yerdə yol da var".

    Hərraca çıxarılan qeydlərin sahibi anonim qalmağı istəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi