Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqındakı məktubu 103 min dollara satılıb

Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqındakı məktubu 103 min dollara satılıb Bakı. 7 mart. REPORT.AZ/ Albert Eynşteynin nisbilik nəzəriyyəsinə həsr olunmuş məktubu Winner`s hərracında 103 min dollara satılıb.
Maraqlı
7 Mart , 2018 16:44
Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqındakı məktubu 103 min dollara satılıb
winners-auctions.com

Bakı. 7 mart. REPORT.AZ/ Albert Eynşteynin nisbilik nəzəriyyəsinə həsr olunmuş məktubu "Winner`s" hərracında 103 min dollara satılıb.

"Report" xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilib.

1928-ci ildə Berlindən göndərilən və riyaziyyatçı German Müntsə ünvanlanmış məktub nisbilik nəzəriyyəsinə həsr olunub.

Hərracın lotları sırasında Eynşteynin digər məktubları, o cümlədən fotoşəkilləri də olub. Amma ən bahalı lot Eynşteynin xoşbəxtliyin sirrini açıqladığı qeydlər olub. Qeydlər 1,5 milyon dollara satılıb.

Son xəbərlər

Orphus sistemi