Albert Eynşteynin irqçi ifadələri dərc edilib

Albert Eynşteynin irqçi ifadələri dərc edilib Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ-ın Prinston Universiteti ilk dəfə Albert Eynşteynin müxtəlif millətlər haqqında irqçi ifadələr işlətdiyi səyahət qeydlərini dərc edib.
Maraqlı
14 İyun , 2018 15:27
Albert Eynşteynin irqçi ifadələri dərc edilib
Doreen Spooner/Getty Images

Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ-ın Prinston Universiteti ilk dəfə Albert Eynşteynin müxtəlif millətlər haqqında irqçi ifadələr işlətdiyi səyahət qeydlərini dərc edib.

"Report" "Guardian"a istinadən xəbər verir ki, bunları A.Eynşteyn ötən əsrin 20-ci illərinin əvvəlində Asiyaya səfəri zamanı qələmə alıb.

Məsələn, Eynşteyn çinliləri çalışqan, səliqəsiz, axmaq insanlar kimi təsvir edib. O qeyd edib ki, çinlilər yemək yeyən zaman avropalıların meşədə təbii ehtiyaclarını ödədiyi kimi - çömbələrək oturur. Çinlilər barədə danışan zaman Eynşteyn yazıb: "Çinlilər digər xalqları sıxışdırarsa, üzücü olacaq".

Seylon xalqını müşahidə edən fizik yerli sakinlərin böyük palçıqda və güclü üfunətdə yaşadıqlarını yazıb: "Onlar az işləyirlər və çox şey tələb etmirlər".

Eynşteynin ən yaxşı sözləri isə yaponlara aid olub. O, yaponları təvazökar, əxlaqlı, çox cazibədar insanlar kimi təqdim edib.

Son xəbərlər

Orphus sistemi