Yuxarı

​"Al-Arab" Bəhreyndə fəaliyyətə başladıqdan bir saat sonra yayımını dayandırıb

Telekanalın təmsilçisi Yaxın Şərq və ondan kənarda baş verənləri obyektiv işiqlandıracağını vəd edib

Bakı. 02 fevral. REPORT.AZ/ "Al-Arab" telekanalı Bəhreyndə bir saat yayımlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan milyarder əl-Valid bin Talalın maliyyəsi hesabına Bəhreyndə açılan kanal fəaliyyətə başlayandan bir saat sonra yayımını dayandırıb.

Bunun səbəblərindən biri kimi kanalın ilk qonağının Bəhreyn müxalifətinin tanınmış nümayəndəsinin olması göstərilir. Ancaq "Al-Arab" isə yayımın dayandırılmasını texniki nasazlıq və inzibati problemlərlə əlaqələndirib.

Bir müddət öncə telekanalın təmsilçisi Yaxın Şərqdə, eləcə də ondan kənarda baş verən hadisələri və problemləri obyektiv işiqlandıracağını vəd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi