Yuxarı
    Bağlamaq

    “Airbus 380” təyyarəsinin yeni “ekonom-klass” salonu nümayiş olunub

    Yeni konfiqurasiyalı təyyarələr 2017-ci ildən satışa çıxarılacaq

    Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-da artıq bir çox sərnişinlər təyyarə bileti alarkən “ekonom-klass” salonunda uçmaq istəmirlər. Buna səbəb “ekonom-klass” salonunda oturacaqların narahat olmasıdır.

    "Report"un AZƏRTAC-aistinadən verdiyi xəbərəəsasən, sərnişinlərin narahatlığı ABŞ-ın Nəqliyyat Nazirliyini bu barədə düşünməyə vadar edib.

    “Airbus” şirkəti “Aircraft Interiors Expo 2015” sərgisində “ekonom-klass” salonu üçün yeni konfiqurasiyalı “Airbus 380” laynerini nümayiş etdirib. Yeni salonlarda cərgədəki oturacaqların sayının on deyil, on bir olmasına baxmayaraq onlar daha geniş və rahat olacaq.

    Yeni konfiqurasiyalı təyyarələr 2017-ci ildən satışa çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi