"Air India" aviaşirkətinin qadınlardan ibarət heyəti dünya səyahətini yerinə yetirib

"Air India" aviaşirkətinin qadınlardan ibarət heyəti dünya səyahətini yerinə yetirib Təyyarənin bütün heyəti yalnız qadınlardan ibarət olub
Maraqlı
6 Mart , 2017 05:57
Air India aviaşirkətinin qadınlardan ibarət heyəti dünya səyahətini yerinə yetirib

Bakı. 6 mart. REPORT.AZ/ "Air India" aviaşirkətinin "Boinq 777" təyyarəsi Sakit okean vasitəsilə Dehlidən San-Fransiskoya reys edib və Atlantik okeanı vasitəsilə geriyə qayıdıb.

"Report"un məlumatına görə, bu barədə "Life.ru" xəbər verib.

Xəbərdə bildirilir ki, təyyarənin bütün heyəti yalnız qadınlardan ibarət olub. Belə ki, pilotlar da qadınlar olub. 

Həmçinin təyyarənin texniki əməkdaşlarını, yerüstü və hava hərəkəti dispetçerlərini – o cümlədən təhlükəsizlik auditorlarını, mühəndisləri zərif cinsin nümayəndələri təşkil edib.

Uçuşun uğurla başa çatdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi