Yuxarı

Aİ-də deputatlar arasında ən yüksək maaş alan İtaliya parlamentariləridir

Aİ-nin ən kasıb deputatları bolqarıstanlı parlamentarilər olub

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliya parlamentinin üzvləri Avropa İttifaqına daxil olan ölkələrdəki həmkarlarıyla müqayisədə daha çox maaş alır. "Report" xəbər verir ki, bu barədə "Euronews"un araşdırmasında deyilir.

Araşdırmanın nəticələrinə görə, italiyalı deputat il ərzində təxminən 167 min avro qazanır. Siyahıda sonrakı yerlərdə Almaniya, Böyük Britaniya və Avstriyadan olan millət vəkilləri yer alır. Bu ölkələrin qanunverici orqanının nümayəndələri ildə 96 min avrodan çox əməkhaqqı alır.

Aİ-nin ən kasıb deputatları bolqarıstanlı parlamentarilər olub - ildə 16 min avro.

Ümumiyyətlə, Şərqi Avropa ölkələrinin deputatları qərbi avropalı həmkarlarıyla müqayisədə daha aşağı əməkhaqqı alırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi