Yuxarı

Afrikada zürafə film çəkilişi zamanı rejissoru öldürüb

Afrikada zürafə film çəkilişi zamanı rejissoru öldürüb
Heyvan onu möhkəm vuraraq bir neçə metr kənara atıb

Bakı. 6 may. REPORT.AZ/ Kinorejissor Karlos Karvalyo CAR-da film çəkilişi zamanı zürafənin hücumundan sonra dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

Karvalyo turistlərin yabanı həyatı izləmək üçün gəldiyi yerli oyun fermalarından birində heyvanları iri planda çəkirmiş. Hansısa məqamda rejissora heç bir səbəb olmadan zürafə yaxınlaşıb və onu güclü zərbə ilə elə vurub ki, kişi bir neçə metr kənara düşüb.

"Mən Karlosun yanında idim, birdən zürafə gözlənilmədən boynunu tərpətdi və onun başından vurdu. Karvalyo təqribən 4-5 metr kənara düşdü", — deyə hadisə şahidi olan operator Dirk van der Merv bildirib.

Rejissor Yohannesburq xəstəxanasına aparılsa da, başından aldığı xəsarətlərdən orada keçinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi