​Afrikada safari turu zamanı şir amerikalı turisti parçalayıb

​Afrikada safari turu zamanı şir amerikalı turisti parçalayıb Qadının həyatını xilas etmək mümkün olmayıb
Maraqlı
1 İyun , 2015 23:01
​Afrikada safari turu zamanı şir amerikalı turisti parçalayıb

Bakı. 01 İyun. REPORT.AZ/ CAR-da parklardan birində safari turu zamanı şir ekskursiya avtomobilinə hücum edərək amerikalı turisti parçalayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ciddi qadağaların olmasına baxmayaraq, hadisə baş verən zaman ekskursiya avtomobilinin şüşələri aşağı endirilmiş vəziyyətdə olub.

Nəticədə şir maşının üzərinə atılaraq pəncərədən qadını parçalayıb və ona mane olmağa çalışan sürücünü yaralayıb. Hadisə yerinə dərhal həkimlər gəlib, lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi