ABŞ vətəndaşı 40 ildir şam ağacını evində bəzədilmiş halda saxlayır

ABŞ vətəndaşı 40 ildir şam ağacını evində bəzədilmiş halda saxlayır Yolkadan asılan oyuncaqların isə yüzdən artıq yaşı var
Maraqlı
27 Dekabr , 2014 16:46
ABŞ vətəndaşı 40 ildir şam ağacını evində bəzədilmiş halda saxlayır

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatının Voso şəhərində Nil Olson 40 il öncə bəzədiyi Milad yolkası ilə bayramı qarşılayır.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, N.Olson 1974-cü ildə iki oğlunu Vyetnam müharibəsinə yola salanda həmin ağacı bəzəyib. O, oğulları savaşdan dönüb ata evində Milad bayramını birlikdə keçirməyənədək yolkanın bəzəyini pozmayacağına əhd edib.

Onun böyük oğlu müharibədə yaralanaraq geri dönüb, hazırda Vaşinqtonda yaşayır. Yaralarına görə Vosoya, ata evinə dönə bilmir.

Kiçik oğlu atası ilə bir evdə yaşayır. O deyib ki, yolka yalnız adət etdikləri bir əşya deyil, həm də "praktik olaraq ailənin bir üzvünə çevrilib".

"Ağacın iynə yarpaqları saralsa da, hələ tökülməyib. Mərc etmişəm ki, böyük oğlum evimizə dönəndən sonra yarpaqlar həmin an tökülməyə başlayacaq", - 89 yaşlı N.Olson söyləyib.

Onun sözlərinə görə, yolkadan asılmış oyuncaqların yəqin yüzdən artıq yaşı var: "Qırılacaqlarından ehtiyat etdiyimiz üçün onları heç silmirik".

Son xəbərlər

Orphus sistemi