ABŞ vətəndaşı 20 dəqiqə ərzində xaotik hərəkət edən UNO-nu müşahidə edib

ABŞ vətəndaşı 20 dəqiqə ərzində xaotik hərəkət edən UNO-nu müşahidə edib Dairəvi UNO-nun fotosu qolf üzrə keçirilən turnir zamanı operator tərəfindən çəkilib
Maraqlı
25 İyul , 2015 03:47
ABŞ vətəndaşı 20 dəqiqə ərzində xaotik hərəkət edən UNO-nu müşahidə edib

Bakı. 25 iyul. REPORT.AZ/ "MUFON" ufoloji təşkilatının arxivində şəkilə əlavə edilmiş hesabat aşkar edilib. Hesabatda may ayında Manassas (ABŞ, Virciniya) şəhərinin səmasında axşam saatlarında dairəvi formalı obyektin göründüyü qeyd olunur.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu il mayın 20-də saat 20:51-də baş verib. Hadisə şahidinin sözlərinə görə, o, işdən evə qayıdarkən səmada UNO görüb: "Uçan naməlum obyekt bir tərəfdən o biri tərəfə xaotik hərəkət edirdi, bəzən isə hərəkətsiz dayanırdı". 

O, yoluna davam edib. Lakin ara-sıra gördüyü UNO-nu müşahidə etməyi də unutmayıb. 20 dəqiqə səmada dövr edən obyektin şəklini çəkən şahid evə qayıdandan sonra polisə zəng edərək onlara UNO haqda məlumatın daxil olub-olmadığını soruşub. Polisə bu haqda müraciət edilmədiyini biləndən sonra Manassas sakini "MUFON" ufoloji təşkilatına zəng edib və gördükləri haqda məlumat verib.

Xatırladaq ki, may ayında dairəvi UNO-nun fotosu qolf üzrə keçirilən turnir zamanı operator tərəfindən çəkilib. 

Son xəbərlər

Orphus sistemi