ABŞ şirkəti Aya ekspedisiya təşkil etməyi planlaşdırır

ABŞ şirkəti Aya ekspedisiya təşkil etməyi planlaşdırır Ekspedisiyanın dəyəri 10 milyon dollardan az olacaq
Maraqlı
10 Avqust , 2016 12:44
ABŞ şirkəti Aya ekspedisiya təşkil etməyi planlaşdırır

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın "Moon Express" özəl şirkəti Aya dəyəri 10 milyon dollardan az olacaq ekspedisiya təşkil etməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi və idarə heyətinin sədri Navin Cayn "Fox News" telekanalına müsahibəsində məlumat verib.

"Əvvəllər Aya uçuşlar milyardlarla dollara başa gəlirdi. İndi isə Yerin təbii peykinə ekspedisiyamızın dəyəri 10 milyon dollardan az məbləğə başa gələcək", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırlıq və şirkətin ilk aparatının Aya enişinin təşkilinin ümumi dəyəri 50 milyon dollardan da az məbləğə başa gələcək.

Qeyd edək ki, "Moon Express" şirkəti bir müddət əvvəl ABŞ hökumətindən 2017-ci ildə Aya ekspedisiya göndərmək üçün icazə alıb.

Son xəbərlər

Orphus sistemi