​ABŞ-ın mobil rabitə operatoru optik-lif şəbəkəsi layihəsini işə salıb

​ABŞ-ın mobil rabitə operatoru optik-lif şəbəkəsi layihəsini işə salıb İnternetə çıxış sürəti saniyədə 1 giqabit təşkil edəcək
Maraqlı
17 Fevral , 2015 20:51
​ABŞ-ın mobil rabitə operatoru optik-lif şəbəkəsi layihəsini işə salıb

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın Kanzas-Siti ştatında "FTTP” (fiber to the premises) texnologiyası üzrə optik-lif şəbəkəsi layihəsi istifadəyə verilib.

"Report" "Telekomza”ya istinadən xəbər verir ki, “Google” şirkətinin analoji “Google Fiber” layihəsi də burada işə salınıb və "AT&T” internet şirkəti ilə rəqabət aparacaq. İnternetə çıxış sürəti saniyədə 1 giqabit təşkil edəcək.

“AT&T” Kanzas-Sitidə uzun müddətdir fəaliyyət göstərir, lakin əvvəllər şirkət "U-verse” paketini yalnız "FTTN” (fiber to the node) əsasında təklif edib. İndi isə yeni xidmət “Google Fiber” ilə həm texnologiyasına, həm də sürətinə görə oxşardır.

Standart aylıq paketin qiyməti 70 dollar, İP televiziya ilə birlikdə 120 dollar, televiziya və "VoIP” rabitəsi ilə birlikdə 150 dollar təşkil edəcək. Son dörd il ərzində operator Kanzas-Sitidə şəbəkənin modernləşdirilməsinə 825 milyon dollar xərcləyib.

“AT&T Missouri” prezidenti Con Sandaq bildirib ki, bizim üstünlüyümüz geniş şəbəkədədir və biz optik-lif xəttini istifadəçilərin evinə çəkmək üçün artıq hazır infrastrukturdan istifadə edə bilirik.

Məlumatda həmçinin qeyd olunub ki, “AT&T” ümumilikdə “FTTP” texnologiyasını ABŞ-ın 100 şəhərində, o cümlədən 21 aqlomerasiyada tətbiq etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi